Fevralın 6-sı Azərbaycan kino aktrisası, pianoçu Töhfə Əzimovanın doğum günüdür.
Oxu.Az xəbər verir ki, görkəmli aktrisa 1938-ci ilin Bakıda anadan olub. Onun əsl peşəsi fortepiano müəllimliyi olub.
Həyat yoldaşı, kino rəssamı Cəbrayıl Əzimovla 1957-ci ildə "Qızmar günəş altında" filminin çəkilişləri zamanı tanış olub.

Cütlük 1958-ci ildə ailə həyatı qurub.
Aktrisa kimi iki kinoda - "Əhməd haradadır?"da "Leyla", "Qızmar günəş altında" filmində isə "Nərminə" rolu ilə yaddaqalan obrazlar yaradıb.
Həyat yoldaşı Cəbrayıl Əzimov 1969-cu ildə yeganə oğlu Elman və onun dostlarını Şıxov çimərliyinə apararkən avtoqəzaya düşüb və həlak olub.

Bundan sonra Töhfə Əzimova oğlunu tək böyüdüb və ömrünün sonunadək Bakıdakı 1 nömrəli Musiqi məktəbində fortepianodan dərs deyib.

Töhfə Əzimova 2003-cü il fevralın 4-də vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.