Bakıdakı Əjdərbəy, Təzəpir və digər məscidlərdə Qurban bayramı münasibətilə namaz qılınıb.
Oxu.Az xəbər verir ki, Təzəpir məscidində bayram namazı saat 09:00-da başlanıb.
Namaz Qafqaz Müsəlmanları İdarəsini sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.




Daha çox foto burada: PhotoStock.az
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınır.
Oxu.Az xəbər verir ki, Əjdərbəy məscidində bayram namazı saat 08:00-da başlanıb.
Namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin rəhbərliyi ilə qılınıb.
Daha çox foto burada: PhotoStock.az