Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Əkbər Novruzov: İlkin ehtimala görə yanğına səbəb qısaqapanma olub – YENİLƏNİB + FOTO/VİDEO
"Yanğının 5000 kvadratmetrlik bazarın 400 kvadratmetr hissəsində baş verib".
Oxu.Az xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov bildirib.
Əraziyə 12 ədər texnika və 32 nəfər canlı heyət cəlb edilib.
Alovlar qısa zamanda söndürülüb. Soyutma işləri davam etdirilir.
Qərargah rəisinin sözlərinə görə, ilkin ehtimallara görə, yanğın mağazaların birində yaranan qısaqapanma nəticəsində baş verib.
Hadisə zamanı istər FHN əməkdaşlarından, istər sıravi vətəndaşlardan xəsarət alan olmayıb.
Kamil Əmirli
01:18
Sabunçu rayonunda yanğın baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində, “Bakıxanov bazarı” adlanan ərazidə qeydə alınıb.
İlkin məlumata görə, velosiped mağazasında yaranan qısaqapanma yanğına səbəb olub.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin altı texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun əhatəsi genişlənib və obyektə bitişik digər mağazalara da keçib.
Yanğın söndürülüb, hazırda soyutma işləri görülür. Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
01:05
Bakının Sabunçu rayonunda yanğın olub.
Oxu.Az xəbər verir ki, “Bakıxanov bazarı” adlanan ərazi yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.