Bakı şəhərində iki gün əvvəl gənc qadın ailəsi üçün ən əziz gündə faciə yaşatdı.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, gənc qadın toyunun ilk ildönümü günü əkiz uşaq dünyaya gətirdi, ancaq özü ana hisslərini yaşaya bilmədi.
Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin vergi müfəttişi işləyən 33 yaşlı Vüsalə Əmirullayeva doğuş zamanı dünyasını dəyişdi.
Doğuş Leyla Şıxlinskaya Klinikasında baş tutub.
V.Əmirullayeva əkiz uşaq dünyaya gətirsə də, dünyasını dəyişib. Klinikadan faktı təsdiqləsələr də, ətraflı məlumat verilmədi və mərhumun ailəsi ilə əlaqə saxlamaq məsləhət görüldü.
Məsələ ilə bağlı V.Əmirullayevanın işlədiyi departamentdən öyrəndik ki, ona uşaq dünyaya gətirmək olmazmış. Başında problemləri olan V.Əmirullayeva bir dəfə beynindən əməliyyat olunubmuş.