Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ekspert içki içən uşaqlar barədə: Onlara yardım edilməlidir
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə 8-12 yaş arası uşaqların içki içərkən görüntüləri yayılıb.
Yayılan video sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Oxu.Az-a danışan psixoloq Təranə Kazımlı bu yaşda uşaqların nəzarətsiz qaldığı üçün bu hərəkəti etdiyini bildirib:
“O yaşda uşaqların ailəsini və ətraf mühitini araşdırmaq lazımdır. O yaşda uşaqlar özləri videonu paylaşıbsa, bu da ailənin günahıdır ki, həmin yaşda telefondan və internetdən istifadə edirlər.
Bu, valideyn nəzarətsizliyinin nəticəsidir. Nə yazıq ki, qarşılarında kim varsa, onu örnək götürürlər. Araşırdırmaq lazımdır ki, bu uşaqların ətrafında nə baş verir ki, onlar belə hərəkətlər edirlər. Valideynləri məsuliyyətə cəlb edilməlidir.
Ata-ana işdə olanda, uşaqlar kimin nəzarətində qalır? Yaydır deyə, uşaqları asudə vaxt keçirmək üçün həyətə buraxırlar. Həmin uşaqlara yardım olunmalıdır”.
O bildirib ki, uşaqlarda hormonal inkişaf olduğuna görə onları idarə etmək çətinləşir:
“Bütün günahı valideynlərə də atmıram, cəmiyyətin də bunda rolu var. Ancaq öncə ailələr uşaqlarını düzgün yönləndirməli, davranış qaydaları öyrədilməlidir. Hər uşaq cəmiyyətin təsirinə düşmür. Onlar etdiyi hərəkətin məsuliyyətini başa düşmür.
Tənqid, cəzadan çox onlara diqqət ayıraraq bu kimi vərdişlərdən uzaqlaşdırmaq lazımdır. Onlar özlərini təsdiq etmək üçün belə edirlər. Hormonal inkişaf olduğuna görə onlara nəzarət çətinləşir. Valideynlər dərslərdən əlavə, uşaqları məşğələlərə yönləndirməlidir”.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər