İqlimin dəyişməsi, temperaturun kəskin qalxması dünyanın bir sıra regionlarında quraqlığa gətirib çıxara bilər.
Bunu Azərbaycanın Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov Oxu.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qışda qarın azalması torpaqda içməli suyun defisitinə, həmçinin külək eroziyasına səbəb ola bilər.
“Torpağın rütubətliliyi 30-40%-ə qədər aşağı düşüb, bu isə məhsuldarlıq üçün kifayət deyil. Bu, müəyyən ərzaq probleminə zəmin yarada bilər”, - ekoloq bildirib.
Qeyd edək ki, yaz quraqlığı erkən toxum becərilməsi üçün xüsusən təhlükəlidir. Quraqlıq iqtisadiyyata, yoxsulluğun səviyyəsinə və qidalanmaya ciddi təsir göstərir.
Əli Məmmədov
www.oxu.az