Rusiyanın Sankt-Peterburq şəhərində dörd Azərbaycan vətəndaşı və erməni əsilli sahə müvəkkildən ibarət cinayət dəstə məhkəmə qarşısında duracaq.
Sankt-Peterburq şəhər Baş İstintaq İdarəsinin saytının verdiyi məlumata görə, onların cinayət işi üzrə istintaq başa çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.
İstintaqla müəyyən edilib ki, mühakimə olunacaq şəxslər 2012-ci ilin aprel-oktyabr ayları ərzində 2 yük və 2 minik avtomobillərini oğurlayaraq maşın sahiblərinə 4 milyon rubl məbləğində ziyan vurublar. Dəstə üzvləri Rusiya Federasiyanın Cinayət Məcəllənin 158 maddə üzrə (oğurluq) ittiham olunurlar.
www.apa.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin