İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun səhhətində müəyyən problemlər yaranıb. Səhhəti pisləşən hüquq müdafiəçisi Hərbi Hospitala yerləşdirilib.
Oxu.Az xəbər verir ki, E.Behbudov AzVision.az-a səhhətində problemin yaranmasını təsdiqləyib.
Bildirib ki, artıq bir həftədir ki, Hərbi Hospitalda müalicə alır:
“Səhhətimdə müəyyən problemlər yaranıb. Həkimlər şəkərimin yüksəldiyini söyləyirlər. Hazırda müalicəm davam edir. İndi vəziyyətim normaldır. Heç kəs narahat olmasın”.
E.Ə.
www.oxu.az