Binəqədi rayonunda xidmətdə olan yol polisi sürücü tərəfindən döyülüb.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, S.S.Axundov küçəsində Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Famil Seyidov BMW markalı 90 SG 045 nömrəli avtomobili sərxoş halda idarə edən zaman orada xidmətdə olan Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş serjantı 1968-ci il təvəllüdlü Cavanşir Qasımov tərəfindən saxlanılıb.
Sürücü müayinədən keçirilməyə aparılarkən müqavimət göstərib, yol polisini döyərək paqonlarını cırıb.
F.Seyidov saxlanılıb.
Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
E.Ə.
www.oxu.az