Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Eldar Əzizov: "Ola bilsin ki, bəzi nöqsanlara yol verilib"
"Bu, müəyyən mənada, təbii fəlakətdir. Proses göz qabağındadır, normadan artıq yağıntı olub".
APA xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında paytaxtda yağıntının yaratdığı fəsadlara münasibət bildirərkən deyib.
"İndi vəziyyəti təhlil etməliyik ki, niyə hansısa ərazidə xoşagəlməz mənzərə yaranıb. Ola bilsin ki, tikinti zamanı bəzi nöqsanlara yol verilib. Hər halda birmənalı qiymət vermək hələ tezdir.
Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər strukturların nümayəndələri ilə birlikdə bu gün axşam yığışıb yaranmış vəziyyəti təhlil edəcəyik və ondan sonra müəyyən tədbirlər görüləcək", - Eldar Əzizov vurğulayıb.
"Qeyri-sabit hava şəraiti" teqi üzrə xəbərlər
- Respublikanın avtomobil yollarındakı vəziyyət AÇIQLANDI
- Lerikdə qar uçqunu nəticəsində 20-yə yaxın kəndin yolu kəsilib
- Bakıdan dörd istiqamət üzrə avtobus reysləri TƏXİRƏ SALINDI
- Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək? - XƏBƏRDARLIQ
- Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi