Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ələt-Astara yolunda sürət şousu yaradanlar cəzalandırıldılar - FOTO/VİDEO
Ötən gün sosial şəbəkələrdə Ələt-Astara yolunda “Mercedes” markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi və arxadan gələn digər sürücünün sükan arxasında onu çəkib paylaşmasını əks etdirən videogörüntülər ciddi müzakirə mövzusu olub. Sosial şəbəkə istifadəçiləri hər iki sürücünün yüksək sürətlə avtomobil idarə etməsini və eyni zamanda, onlardan birinin sükan arxasında əlində telefonla çəkiliş aparmasını, sürətə uyğun olaraq ara məsafəsi saxlamamasını birmənalı qarşılamayıblar.
Yayılan videogörüntü ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev artıq hər iki sürücünün aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunduqlarını diqqətə çatdırıb:
“Tərəfimizdən “Mercedes” markalı, 99-MZ-669 nömrə nişanlı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini yüksək sürətlə və təhlükəli formada idarə etməsinə dair sosial şəbəkələrdə yayılmış görüntü əsasında araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü V.Babayevin avtomobili Ələt-Astara yolunun 25-30-cu km-də yüksək sürətlə idarə edərkən manevretmə qaydasını pozması faktı müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda, çəkiliş aparan avtomobilin sürücüsünün də qeyd olunan yol sahəsində yol hərəkəti qaydasını pozduğu aşkar olunub və onun barəsində də inzibati tənbeh tədbiri görülüb”, - deyə R.Tağıyev qeyd edib.
Rövşən Tağıyev sonda bir daha bütün sürücülərə müraciət edib:
“Bir daha diqqətə çatdırmaq istərdik ki, yol hərəkəti qaydalarına ciddi əməl etsinlər, xüsusilə ağır qəzaların baş verməsinin əsas səbəblərindən hesab olunan sükan arxasında telefondan istifadə və sürət həddinin aşılması kimi qayda pozuntularına yol verməsinlər”.
Əzizə İsmayılova
"Astara" teqi üzrə xəbərlər
- Təcili tibbi yardım avtomobili həkimin maşını ilə toqquşdu, xəsarət alan xəstə öldü
- Astarada qatar yoluna çıxan piyadanın ayağı amputasiya olunub
- Balıq ovlamaq istəyən şəxs faciəli şəkildə öldü
- Bağlarda kütləvi şəkildə zərərverici həşəratlar yayılıb: Meyvə ağaclarında xəstəliklər BAŞ QALDIRIB
- Evlənmək istəyən oğlan anasını əsa ilə DÖYDÜ
Rəylər