Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda dərmanların vahid qiymətə satılması ilə bağlı Səhiyyə Nazirliyinin Nazirlər Kabinetinə təqdim etdiyi təkliflər paketinə münasibət bildirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ə.Əhmədov bunun çox aktual məsələ olduğunu deyib.
O, təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanda dərman preparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir. Ə.Əhmədovun sözlərinə görə, bu, bəzi dərman satışı ilə məşğul olanların vəziyyətdən sui-istifadə etməsinin nəticəsidir.
Bu cür neqativ halları aradan qaldırmağa çalışdıqlarını bildirən hökumət rəsmisi bildirib ki, qeyd olunan sənəd yaxın vaxtlarda təsdiq olunacaq:
“Amma bu, sadə məsələ deyil. Dərmanlar real qiymətindən baha satılmamalıdır. Dərman satışı ilə bağlı süni bahalaşma hallarının qarşısı alınacaq”.