AXCP sədrinin müavini Əbülfəz Qurbanlı istefa verdiyini bəyan edib.
Oxu.Az xəbər verir ki, Ə. Qurbanlı “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, dərin bağlı olduğu AXCP-dən istefa verir.
Ə. Qurbanlı bildirib ki, düz yolda olub və bundan sonra da düz bildiyi yolda olacaq:
“Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım, haqqı üçün savaşdığım xalqımız məni bağışlasın”.