"Artıq iqlim dəyişiklikləri iqtisadiyyata və kənd təsərrüfatına çox ciddi təsir göstərir. Son illərin statistikasına baxsaq, kənd təsərrüfatı üç faizin ətrafında inkişaf edib".
Oxu.Az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Hər il təqribən orta müddətə 5 milyon manata qədər kənd təsərrüfatına vəsait ayrılsa, 12 məhsul növü üzrə 5-7%-ə qədər artıma nail olmaq olar. İqlim dəyişiklikləri fermerlərə ciddi ziyan vurur. Ona görə də quraqlığın təbii fəlakət sırasına daxil olması istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsini vacib hesab edirəm", - deyə deputat bildirib.
Məhərrəm Əliyev