Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əlləri yanan 10 aylıq körpənin dəstəyə ehtiyacı var
10 aylıq Nurgülün yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Əfsanə Ağayeva məlumat verib.
O bildirib ki, övladı oktyabrın 16-sı ehtiyatsızlıqdan yanıb.
"Nurgül 10 aylıqdır, o, oktyabrın 16-sı qaynar termosu üzərinə çəkib, aşırıb. Onun barmaqları, əlləri, ayaqları yanıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Orada bir müddət müalicə alsaq da, artıq evə çıxmışıq. Hazırda Nurgülün mazlarını və dərmanlarını almaq üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 571-32-23.
Kapital Bank: 4169 7388 4900 9307.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Ağır yanıq xəsarətləri alan Şəlalənin anası: "Yaraları yenidən müalicə olunmalıdır"
- 15 il övlad həsrəti çəkən ana YARDIM DİLƏYİR: "Orxana nəsə olsa, ölərəm"
- Körpəsi ağır xəstəlikdən əziyyət çəkən ana yardım istəyir
- Renatın müalicə üçün dəstəyə ehtiyacı var
- Əkiz bacıların yardıma ehtiyacı var: Müalicələri yarımçıq qalıb
Rəylər