Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Elman Nəsirov: “O demək deyil ki, Hüseynbala Mirələmov günahkardır”
Milli Məclisin deputatı Elman Nəsirov ötən gün sosial şəbəkələrdə yayılan hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsündən danışıb.
Elman Nəsirov Demokrat.az-a açıqlamasında deyib ki, sözügedən görüntülərin montaj edilib-edilməməsi hələ təsdiqini tapmayıb:
“Əgər sübut edilsə ki, bu video montaj deyil, o zaman mən bu hərəkəti çox neqativ qarşılayacam. Hesab edəcəm ki, bu cür hərəkətlər ümumiyyətlə qəbuledilməzdir. Amma dünyada hər şey ola bilər. Birdən bu görüntü təsdiqini tapmasa, məlum olsa ki, bu təxribatdır, bəs o zaman necə olacaq? O zaman “sözümüzü geri götürürük” deməliyik?
İndiki zamanda hələ görüntülər o demək deyil ki, Hüseynbala Mirələmov günahkardır. Bu gün azyaşlı uşaq telefon ilə mülkü bir şəxsin fotosunu montaj edərək, ona ABŞ polisinin formasını geyindirir, əlinə də silah verir. İndi dünya o qədər inkişaf edib ki, hər şeyi etmək mümkündür. Ona görə də hesab edirəm ki, Hüseynbala Mirələmovla bağlı görüntü real təsdiqini taparsa, o zaman bu hərəkətlərə qiymət vermək olar”.
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Azərbaycan multikulturalizmi: Təcrübə, ənənə və müasir çağırışlar" mövzusunda panel müzakirə keçirilib
- Din Xadimlərinin Forumunda panel müzakirə keçirilib
- Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
Rəylər