Qarşıdan 20 Yanvar faciəsinin 24-cü ildönümü gəlir. Hər il bu qanlı hadisə xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri, mərasimləri keçirilir. Ümumiyyətlə, cəmiyyətdə bu günün hansı formada qeyd olunması ilə bağlı müxtəlif fikirlər səslənir.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, ilahiyyatçı Elşad Miri.
“İslam dininə görə, 20 Yanvar faciəsi necə qeyd olunmalıdır?”
sualına belə cavab verib:
“Mən 20 Yanvarın Qəhrəmanlıq günü kimi qeyd edilməsinin tərəfdarıyam. Çünki 20 Yanvar faciəsi matəm kimi yox, qəhrəmanlıq günü, qəhrəmanlıq abidəsi kimi qeyd olunmalıdır. İslam dinində yalnız bayramlar qeyd olunur. Bu, Qurban və Ramazan bayramlarıdır”.