"Ali təhsil və orta ixtisas təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında 36 778 abituriyent qeydiyyatdan keçib."
Oxu.Az xəbər verir ki, bunu DİM-in sektor müdiri Eltun Süleymanov Dövlət İmtahan Mərkəzinin jurnalistlər üçün qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə təşkil etdiyi mediatur zamanı deyib.
"Ali təhsil və orta ixtisas təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlayıb. İmtahanlar hazırda üç istiqamət üzrə davam edir, musiqi ixtisası üzrə imtahanlar isə iyulun 1-dən başlayacaq. İmtahanlar avqustun ortalarına qədər davam edəcək", - deyə E.Süleymanov deyib.
Əzizə İsmayılova