Türkiyənin "Fənərbağça" klubu Jadon Sanço ilə razılığa gəlib.
Bu barədə Oxu.Az "Sabah" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, 25 yaşlı futbolçu təxminən 10 milyon avroluq maaş təklifini qəbul edib.
"Sarı-lacivərdlilər" "Mançester Yunayted"lə danışıqlara başlayacaq. Transferin müsbət nəticə verəcəyi gözlənilir. Son mövsümü futbolçu icarə əsasında "Çelsi"də keçirib.