Bu ildən peşə məktəblərində əmək bazarının ehtiyaclarına uyğun beş yeni ixtisas tədris olunacaq.
Oxu.Az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru, çörək ustası ixtisasları yeni tədris olunacaq ixtisaslar siyahısında yer alacaq.
Qaynar xətt:
(055) 224 12 12