Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir
Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Rafiq İbrahimovun səhhəti kəskin pisləşib.
Bu barədə "Qaynarinfo"ya aktyorun həyat yoldaşı məlumat verib.
O, Rafiq İbrahimovun səkkiz aydan artıqdır ki, xəstə olduğunu bildirib. Xanımı qeyd edib ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir:
"Rafiq gecə səhərə qədər yatmır, şiddətli ağrıları var. Müayinələrdən sonra onkoloji xəstəlik aşkarlandı. 10-dan çox xəstəxanaya müraciət etdik, hər birinin rəyi eyni oldu: şiş irəliləyib və yayılıb. Buna görə də həkimlər əməliyyata razılıq vermədilər. İndi ağrıkəsicilərlə yaşayır. Boğazından heç nə keçmir. Həkimlər sağalmaq şansının olmadığını bildirdilər. Neçə gün yaşayacaq onu Allah bilir".
Rəylər