Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Əməkdar jurnalist Valeh Məhərrəmli vəfat edib
Əməkdar jurnalist Valeh Məhərrəmli vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Mətbuat Şurasından məlumat verilib.
"Şuranın İdarə Heyətinin üzvləri "Səs" qəzetinin veteran yazarı Valeh Məhərrəmlinin vəfatından kədərləndiklərini bildirir, mərhumun doğmalarına və yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verirlər", - məlumatda bildirilir.
V.Məhərrəmli 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. O, 1991-ci ildə "Səs" qəzeti yarandığı gündən nəşrdə çalışıb, tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələr tutub. Onun çoxillik əməyi "Tərəqqi" medalına və Əməkdar jurnalist fəxri adına layiq görülüb.
"Mətbuat Şurası" teqi üzrə xəbərlər
- MŞ: "Azərbaycanın televiziya məkanında teleaparıcıların ümumi normaları pozması halları artıb"
- MŞ: "Döyçe Velle"nin yayımladığı sənədli film jurnalistika prinsiplərinə ziddir
- Müasir dövrün dezinformasiya problemi: Aqil Ələsgər Vyanada Fransanın yalan xəbərlərindən DANIŞDI
- Hacıbəy Heydərli ATƏT-in tədbirində: "Ermənistan sülh istəmir, yeni təxribata hazırlaşır"
- Azərbaycanda at oynadan "həkimlər": Onları kim himayə edir?