Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Emin Əmrullayev: "20 il əvvəl təhsil sahəsində yol verilən səhvlərin nəticəsini görürük"](https://images.oxu.az/2025/02/10/MEfBdJM12O4UfVNylOC9l0xWScEZdBFVdvwl2Txl:1200.jpg)
Emin Əmrullayev: "20 il əvvəl təhsil sahəsində yol verilən səhvlərin nəticəsini görürük"
"Realist olmaq lazımdır – PISA 2029 (Beynəlxalq Tələbə Qiymətləndirmə Proqramı) reytinqində Azərbaycanın ilk beşliyə düşməsi texniki cəhətdən mümkün deyil, biz bunu ictimaiyyətə də anlatmağa çalışırıq".
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel sessiyasında çıxışı zamanı deyib.
"Hazırkı vəziyyət ondan qaynaqlanır ki, 20 il əvvəl təhsil sahəsində yol verilən problemlər uzun müddət cəmiyyət tərəfindən səssiz qarşılandı. O vaxt keyfiyyətsiz müəllimlərin işə qəbuluna, diplomların qeyri-qanuni yolla əldə edilməsinə göz yumuldu. Bu gün isə həmin səhvlərin nəticəsini görürük", - deyə E.Əmrullayev əlavə edib.
Nazir qeyd edib ki, cəmiyyətin də buradakı məsuliyyəti böyükdür: "Təhsildə irəliləyiş əldə etmək üçün valideynlər və məktəb icmaları fəal iştirak etməlidir. Əsas diqqət böyük problemlərə deyil, sinif otaqlarına yönəlməlidir. Əgər övladınız müəllimindən keyfiyyətli təhsil almırsa, həmin anda səsinizi çıxarın, nəticələri görəndən sonra yox. Çünki bu, təhsil sistemində dəyişiklik yaratmaq üçün əsas məsələ – hesabatlılıq və valideynlərin təhsilə cəlb olunmasıdır".
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Təhsil Tələbə Krediti Fondunun İdarə Heyəti dəyişib - Yeni təyinatlar
- Son iki ildə 5 300 müəllim sertifikatlaşdırma imtahanlarından kəsilib
- Azərbaycan təhsilinin arzuolunan səviyyədə olması üçün nə lazımdır?
- Emin Əmrullayev legioner limitinin ləğvini müsbət addım adlandırıb
- Emin Əmrullayev: "Neftçi" Azərbaycan futbolunun simasıdır"
Rəylər