"Milli Məclisdə aparılan danışıqlarda biz gələcəyə dair müəyyən fikirlər səsləndirmişik. Təəssüf ki, bu məsələnin detalları hələ nazirlik tərəfindən açıqlanmayıb, amma artıq müxtəlif tərəflər geniş şəkildə məlumat verməyə başlayıblar. Mən isə tövsiyə edirəm ki, Elm və Təhsil Nazirliyinin bu istiqamətdə növbəti açıqlamalarını gözləyəsiniz. Çünki burada kifayət qədər detallı izaha ehtiyac var və bunu ayaqüstü müsahibə formatında izah etmək doğru olmaz".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Biz 2027-ci ilin sentyabrından daha tez bir tarixdən danışmırıq - bunu nəzərə almaq lazımdır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hazırda konseptual mərhələdəyik. Məqsədimiz saat hesablı əməkhaqqı sistemini tamamilə ləğv etmədən, alternativ olaraq daimi ştatlı müəllim modelini Azərbaycan məktəbinə gətirməkdir. Yəni müəllim özünü həmin məktəbin ayrılmaz hissəsi kimi hiss etsin. Hesablama qaydaları, səbəblər və hədəflərlə bağlı daha ətraflı məlumat yaxın vaxtlarda təqdim olunacaq", - deyə nazir sözlərinə davam edib.
Məhərrəm Əliyev