"Xankəndi şəhərində ikinci məktəbin açılması planlaşdırılır".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayevin ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərdə təhsil müəssisələrinin yaradılması işləri davam etdirilir:
"Artıq işğaldan azad olunan ərazilərdə 20 təhsil müəssisəsi (məktəb və bağça) açılıb. Bu ərazilərdə 2 300 şagird məktəbə, 200-ə yaxın azyaşlı isə bağçaya gedir. Bir çox kəndlərdə təhsil müəssisələrinin inşa edilməsi prosesi davam etdirilir.
Xankəndi şəhərində 4 nömrəli məktəb ilə bağlı görülən işlər artıq yekunlaşıb. Qarşıdakı illərdə ikinci məktəbin açılması ilə bağlı işlərin görülməsi planlaşdırılır".
Aygün Mirakif