2008-ci ildə yaradılmış və milli Facebook səhifələri arasında ilk olaraq 100, 200, 300 min istifadəçi göstəricisinə nail olmuş bu səhifə bu gün artıq 400 000-ə imza atdı.
Hazırda Facebook-da ölkəmizin adı ilə bağlı müxtəlif səhifələr yaradılıb və fəaliyyət göstərsə də, onların arasında ən böyük və birinci olanı “Azərbaycan”dır (www.fb.com/Azerbaycan.Baku).
Səhifənin administrasiyası yerləşdirilən materialların daha çox vətənpərvərlik ruhunda, intellektual xarakterli olmasına diqqət yetirir. Bundan başqa, “Azərbaycan” səhifəsindən ölkədə baş verən mühüm hadisələrin ictimaiyyətin diqqətinə çatdırılması üçün də istifadə edilir.
Bundan başqa, “Azərbaycan”ın administrasiyasından aldığımı məlumata görə, “screen-shot” ilə səhifənin 400 000-ci istifadəçisi olduğunu sübut edən şəxs mükafatlandırılacaq.
Ümumilikdə isə, sosial şəbəkələrin statistikası ilə məşğul olan «Socialbakers» Mərkəzinin məlumatına görə, hazırda Azərbaycanda 1,1 milyon nəfər Facebook istifadəçisi var.
Onu da qeyd edək ki, “Azərbaycan” səhifəsi Azərbaycan Xəbərləri ilə əməkdaşlıq münasibətləri saxlayır və bizim hazırladığımız xəbərlərin oxucuların diqqətinə çatdırılmasında yardımçı olur.
Öz növbəmizdə biz ölkəmizin Facebook-dakı ən böyük, Vətənimizin adını daşıyan “Azərbaycan” səhifəsinin administrasiyasını təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin