Dünən Bakının Nəsimi rayonunda qətl törədilib.
Öz evində 33 yaşlı iki uşaq anası Məmmədova Yeganə Fəxrəddin qızı boğularaq qətlə yetirilib.
Bu barədə Vesti.Az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat veriblər.
Polisin məlumatına görə, qadın öz sevgilisi, Nizami Rayon Polis İdarəsinin müstəntiqinin ştatdankənar köməkçisi, 23 yaşlı Bədəlov Qəhrəman Şamil oğlu tərəfindən öldürülüb.
Bu gün isə törədilmiş qətlin təfərrüatları məlum olub. Nəsimi RPİ-dən qeyd ediblər ki, Məmmədova 3-cü mikrorayonda, Asif Məhərrəmov küçəsində kirayə yaşayırmış.
Qadının cəsədini Bədəlovun Sabunçu RPİ-yə gələrək təslim olmasından sonra aşkarlayıblar. İlkin məlumatlara görə, Məmmədova əxlaqsız qadın kimi tanınırmış. Cinayətin motivi isə Bədəlovun şərəf və ləyaqət məsələlərinə qısqanc münasibəti səbəb olub. Gənc insan sevgilisini elə yataqda boğaraq, sonra polisə gəlib və təslim olub.
O da məlumdur ki, Bədəlovanın iki övladı uşaq evində tərbiyə olunur.
www.vesti.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin