Ermənistan ordusunun təxribat-diversiya qrupunun saxlanılan üzvü Karen Petrosyan Şəmkir hərbi birləşməsinə aparılıb.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, Şəmkir hərbi birləşməsinə aparılan erməni diversantın jurnalistlər tərəfindən görüntülənməsinə icazə verilib.
Erməni diversant korpus komandiri, general-leytenant Rövşən Əkbərovun (həm də Milli Qəhrəmandır - red.) kabinetinə aparılıb və generalın qarşısında diz çöküb. Həmin görüntüləri təqdim edirik.