Bakının “Neftçi” futbol klubu Avropa Liqasının III təsnifat mərhələsində Gürcüstanda yerli “Çixura” komandası ilə cavab oyunu oynayıb.
Oxu.Az xəbər verir ki, komandamız rəqibini 3-2 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, ilk oyun qolsuz bərabərlik ilə bitmişdir.
“Flaqman”ın heyətində Nfor het-trikə imza atdı (16, 27 və 38-ci dəqiqələrdə).
“Çixura”ın heyətnidə isə Giorgi Gabedava 30 və 50 dəqiqələrdə fərqlənərək dubl etdi.