Tbilisidə Mixail Mesxi adına stadionda Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində gürcü “Çixura”sı və “Neftçi” arasında matç keçirilib.
Oxu.Az sportbox.az-a istinadən xəbər verir ki, fasilədə gürcü komandasının azarkeşləri erməni dilində banner açıblar. Polis tez işə qarışıb və plakatı yığışdırıb.
Gürcü fanatlar polisin hərəkətinə etiraz əlaməti olaraq, fit çalıblar.