Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Erməni məhsulu Azərbaycan mağazalarında – Foto
Azərbaycanda üzərində erməni dilində yazı olan qida məhsulları satılır.
Oxu.Az xəbər verir ki, Bakıda mağazalara Lozov şirkətindən üzərindəki məlumatların erməni dilində olduğu qatılaşdırılmış süd məhsulları daxil olub.
Qeyd edək ki, qatılaşdırılmış südün üzərində istehsalçının adı, əlaqə məlumatı, məhsulun adı, istehlak xüsusiyyətləri, hazırlanma və qablaşdırılma tarixi, yararlılıq müddəti və sair məlumatlar erməni dilində təqdim olunub.
Bu məhsulun qablaşdırmasının üzərində Azərbaycan dilində yazı olsa da, o, həmin məhsulda ən aşağıda – erməni, gürcü və ingilis dillərindəki məlumatdan sonra yerləşdirilib.
Belə təəssürat yaranır ki, qatılaşdırılmış süd əvvəlcədən erməni bazarında satış üçün nəzərdə tutulubmuş. Yerli mağazalar heç bir narahatlıq olmadan bu məhsulu satışa çıxarırlar. Bəlkə də, tədarükçülər bu məsələdə heç bir problem görmürlər.
Xatırladaq ki, Ukraynada, Xarkov vilayətinin Lozovaya şəhərində istehsal olunan qatılaşdırılmış süd ölkəmizin bir çox mağazalarında satılır.
Elvin Əhmədov
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək