Bu gün “Anti-armenia Team”-in xakerləri tərəfindən Ermənistanın bir çox saytları dağıdılıb.
Oxu.Az xəbər verir ki, “Anti-armenia Team”-in mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, gecə saatlarında baş tutan hücum nəticəsində, Ermənistanın 62-dən çox mühüm internet saytları sıradan çıxarılıb.
Həmin saytlara 20 Yanvar faciəsi ilə bağlı məlumatlar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də çıxışının yer aldığı və Azərbaycan ordusunun qüdrətini göstərən video çarx yerləşdirilib.
Qeyd edək ki, sıradan çıxarılan internet saytları içərisində Ermənistanın və qondarma rejimin bir çox mühüm dövlət orqanlarının saytları da var.
Dağıdılan saytların siyahısını təqdim edirik:
www.edu.nkr.am - Qondarma “Dağlıq Qarabağ Respublikası”nın sözdə Təhsil Nazirliyi
www.mud.nkr.am - Qondarma “Dağlıq Qarabağ Respublikası”nın sözdə İqtisadi İnkişaf Nazirliyi
www.sport.nkr.am - Qondarma “Dağlıq Qarabağ Respublikası”nın sözdə İdman Komitəsi
www.police.nkr.am - Qondarma “Dağlıq Qarabağ Respublikası” Polisi