Hadisə Ağdamda baş verib.
Oxu.Az APA-ya istinadən məlumat verir ki, məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsi, ev 26-da yaşayan Şəhriyar Qaraxan oğlu Bağırov aralarında baş verən münaqişə zəminində böyük qardaşı, 36 yaşlı Bəhram Qaraxan oğlu Bağırovu bıçaqlayıb.
Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Bağırovlar ailəsi Ağdamın erməni işğalı altında olan Muğanlı kəndindən məcburi köçkün düşüblər.
Qardaşına ağır xəsarət yetirən Ş.Bağırov Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun hadisəni sərxoş vəziyyətdə törətdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.