Azərbaycanlı haker daha 3 erməni saytını dağıdıb.
Oxu.Az xəbər verir ki, “C37HUN” ləqəbli xaker dağılan saytlarda “Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin qanı yerdə qalmayacaq” sözlərini yazıb. Haker bu hücumları son günlər cəbhə xəttində baş verən gərginlik zamanı şəhid olan əsgərlərimizin xatirəsinə edib.
Hakerin dağıtdığı saytların mirrorları: http://zone-h.org/archive/notifier=C37HUN
Dağıdılan saytlar bunlardır:
http://bond.am/
http://globo.am/
http://adon.am/
Qeyd edək ki, bir müddət öncə, cəbhədə gərginlik yüksəldiyi bir vaxtda erməni xakerləri Azərbaycan saytlarına kiber hücumlar etmişdi. Xakerlərin məqsədi Azərbaycan mətbuatında yayılan informasiyaları beynəlxalq ictimaiyyətdən gizlətmək idi.
