Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığındakı yüksəkliklərdən rayonun təmas xəttində yerləşən Alxanlı kəndini atəşə tutub.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, qarşı tərəf əsasən iri çaplı silahlardan istifadə ediblər.
Kənd sakinləri təhlükəsizlik üçün evlərdəki işıqları söndürmək məcburiyyətində qalıb. Əldə etdiyimiz məlumata görə, sakinlər arasında xəsarət alan yoxdur.
Xatırladaq ki, mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə basqın etməyə cəhd göstərmişdi.