Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ermənilər Xankəndidə uşaq bağçasını silah anbarına çeviriblər - FOTO/VİDEO
Xankəndidə uşaq bağçasının zirzəmisində xeyli silah-sursat tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhərində yerləşən uşaq bağçasının zirzəmisindən bir ədəd dron, bir ədəd dron üçün tripot, 29 ədəd müxtəlif markalı avtomat silahı, dörd tapança, 27 tüfəng, 416 ədəd qumbara, 113 alışdırıcı, 113 ədəd partlayıcı, 1178 patron darağı, 8508 ədəd mərmi, 24320 ədəd müxtəlif çaplı patron, 30 ədəd kapsul, 3 ədəd optik nişangah, 10 gecəgörmə cihazı, 50 ədəd rabitə qurğusu, 34 süngü-bıçaq, 57 ədəd əleyhqaz, 4 binokl, 4 penal dəsti və digər sursatlar aşkar olunaraq götürülüb.

"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Kürdəmirdə yolda hərəkətin təhlükəsizliyini pozmaq cəhdinin qarşısı alınıb - DİN-dən AÇIQLAMA
- Qazaxda evə basqın edən 64 yaşlı kişi saxlanıldı
- İsmayıllıda həyətində çətənə kolu yetişdirən şəxs HƏBS EDİLDİ
- Lənkəranda 18 kiloqram narkotik aşkarlanıb
- Avtomobili vurub işıqfora çırpıldı, hadisə yerindən qaçdı - Bakıdakı qəzanın ANBAAN VİDEOSU