Azərbaycanın işğal altındakı tarixi-mədəni mərkəzi Şuşa şəhərində 3-cü beynəlxalq “Akop Gürcyan” simpoziumu keçirilir.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, açılışı bu gün Şuşa İncəsənət muzeyində keçiriləcək tədbirə Ermənistandan, İtaliyadan, İsveçrədən, Hindistandan və Belarusdan qanunsuz olaraq gələn 12 heykəltəraş qatılacaq.
Layihə təşkilatçılarının sözlərinə görə, əcnəbi qonaqların yaradacaqları təsviri incəsənət və heykəltəraşlıq nümunələri simpoziumdan sonra da Şuşada qalacaq.
Qeyd edək ki, 1-ci “Akop Gürcyan” simpoziumu erməni diasporunun maliyyə dəstəyi ilə 2011-ci il 18-28 iyul tarixlərində keçirilib.