Rusiyada ermənilərin Azərbaycana qarşı növbəti təxribatının qarşısı alınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, mayın 20-də Moskva Dövlət Konservatoriyasında keçirilməsi planlaşdırılan “Artsax Dövlət Kapellası”nın konserti baş tutmayacaq.
Çaykovski adına Moskva Dövlət Konservatoriyasından verilən məlumatına görə, “Artsax Dövlət Kapellası”nın konserti ləğv olunub.
Qeyd edək ki, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının saytında Raxmaninov zalında “Artsax Dövlət Kapellası” konsertinin keçiriləcəyi ilə bağlı elan yerləşdirilmişdi.