Ötən gün Tərtərin cəbhəyanı Çaylı kəndi istiqamətində Tərtər çayında balıq tutarkən ermənilər tərəfindən qətlə yetirilən Əliyev Mübariz İsrafil oğlunun meyiti ailəsinə təhvil verilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, onun meyitini yerli hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən götürüblər. M. Əliyevin cəsədi Tərtər MRX-nın morqunda müayinə edildikdən sonra ailəsinə təhvil verilib.
Xatırladaq ki, Tərtər şəhər sakini Mübariz Əliyev dünən Çaylı kəndi yaxınlığında Tərtər çayı sahilində balıq tutarkən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən açdığı atəş nəticəsində öldürülüb.