Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ETSN rəsmisi: "COP29-da iqlim fəaliyyəti üçün bütün maraqlı tərəfləri səfərbər etmək prioritetdir"
"Bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iqlim fəaliyyəti üçün bütün maraqlı tərəfləri tam səfərbər etmək də prioritetdir".
Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji Siyasət Şöbəsinin müdiri Faiq Mütəllimov deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin hər birinin özünəməxsus rolu var:
"İnkişaf etmiş ölkələrin iqtisadiyyatı və sənayesi güclü olduğu üçün tarixi baxımdan daha çox istixana qazı emissiyasına səbəb olublar. Buna görə də onların iqlim dəyişikliyi ilə mübarizədə daha çox məsuliyyəti var və texnoloji yeniliklər, maliyyə dəstəyi, infrastruktur inkişafı ilə liderlik etməlidirlər. Bütün ölkələr Paris Sazişinə və COP28-də qəbul olunmuş Qlobal Baxış sənədinə uyğun olaraq, ən yüksək ambisiyaya can atmalıdırlar. İnkişaf etməkdə olan ölkələrə dəstək göstərilməli və iqlim maliyyəsi artırılmalıdır ki, bu ölkələr də öz potensiallarını tam şəkildə həyata keçirə bilsinlər".
F.Mütəllimov bildirib ki, inkişaf etməkdə olan ölkələr isə adətən, daha az iqtisadi resurslara malikdirlər və inkişaflarını davam etdirmək üçün enerji və infrastrukturun genişləndirilməsinə ehtiyac duyurlar:
"Bu ölkələr iqlim dəyişikliyinə qarşı tədbirlər görmək üçün beynəlxalq maliyyə və texnoloji dəstək tələb edirlər. Həmçinin, onların adaptasiya və dayanıqlı inkişaf üçün səyləri də böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrin bu dövlətlərə maliyyə və texnoloji köməklik göstərməsi beynəlxalq iqlim dəyişiklikləri siyasətinin vacib bir hissəsidir".
ETSN rəsmisi söyləyib ki, COP29-da ambisiyanın artırılması və fəaliyyətə təkan verilməsi üzərində qurulmuş iki paralel istiqamətə əsaslanan perspektiv baxış təqdim edilib və iqlim maliyyəsinin prioritet olduğu vurğulanıb:
"Bu istiqamətlər bir-birini gücləndirir - birindəki irəliləyiş digərinə dəstək olur. Əsas mandatların və iqlim fəaliyyətinin uğurla yerinə yetirilməsi etimad, həmrəylik və inkişaf tempini artırmaq üçün vacibdir. COP29, Paris Sazişi qlobal iqlim tədbirləri və əməkdaşlığı üçün bir sınaq olacaq. Əsas diqqətin İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinə yönəldilərək COP29-da bütün əsas və aktual məsələlərin həllinə nail olunması gözlənilir. COP29 lazımi icra və dəstək vasitələrinin təmin edilməsində, eləcə də ümumi, lakin fərqləndirilmiş məsuliyyətlər və müvafiq imkanlar prinsipinin nəzərə alınması ilə hər kəsin mümkün olan ən yüksək ambisiyaya çatmasında mühüm rol oynayacaq. Ambisiyanın artırılması Paris Sazişinin məqsəd, hədəf və prinsiplərinə uyğun olaraq 1,5°C hədəfinə nail olmaq üçün aydın planların hazırlanmasını tələb edir".
F.Mütəllimov COP29-un fəaliyyət gündəliyindəki 14 təşəbbüsdən də danışıb:
"İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu mədən (qazıntı) yanacağı istehsal edən ölkələrin və şirkətlərin könüllü ianələri sayəsində iqlim dəyişmələrinin təsirinin azaldılması, adaptasiya, eləcə də tədqiqat və inkişaf məsələləri üzrə dövlət və özəl sektorları stimullaşdıracaq. Həmçinin, yüksəkgüzəştli şərtlər və qrantlar əsasında maliyyələşdirməni təmin edəcək. İqlim maliyyəsi, investisiya və ticarət dialoqu üzrə Bakı Təşəbbüsü - "BICFIT Dialoqu" iqlim maliyyəsi, investisiya və ticarət əlaqələrinə diqqəti artırmaqdan ötrü beynəlxalq ictimaiyyət üçün əməkdaşlıq mühitinin və uzunmüddətli dialoq platformasının yaradılmasıdır. Peşə və bacarıqlar üçün "Ədalətli keçid" İnvestisiya Tərəfdaşlığı (JTIP) milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrdə, Milli Adaptasiya Planları, Uzunmüddətli Aşağı Emissiyalı İnkişaf Strategiyalarında bacarıqların inkişafının Çoxtərəfli İnkişaf Banklarının mövcud maliyyə alətləri ilə inteqrasiyası əsasında yaranan maliyyə tələblərini əlaqələndirmək üçün əməkdaşlıq platformasının yaradılması, o cümlədən digər maliyyə mənbələri ilə əlaqələrin və sinerjilərin yaradılması imkanının müəyyən edilməsini nəzərdə tutur.
Yaşıl enerji üzrə öhdəliklər təşəbbüsü yaşıl enerji dəhlizləri, zonalar və şəbəkələrinə dair öhdəliyi ehtiva edir. Həmçinin, yaşıl enerjinin saxlanılması üzrə öhdəliklər isə 2030-cu ilə qədər 2022-ci ildə olan səviyyəni altı dəfə artırmaq, 2030-cu ilə qədər 1500 giqavata çatdırmaq üçün qlobal hədəflərlə davamlılığı və səmərəliliyi artırmağı hədəfləyən enerji təchizatını qlobal enerji sistemlərinin təməl daşlarından birinə çevirməkdir".
O qeyd edib ki, təşəbbüslərdən biri də təmiz hidrogendir:
"Burada rəhbər prinsiplər və prioritetlərin müəyyən edilməsi və tənzimləyici, texnoloji, maliyyə və standartlaşdırma problemlərinin həlli yolu ilə aşağı emissiyalı hidrogenin qəbulu üzrə qlobal bazar potensialını müəyyən etmək üçün həm dövlət, həm də özəl sektor tərəfindən fəaliyyətin həyata keçirilməsi öhdəliyi və onun icra yolları nəzərdə tutulur. Həmçinin, COP Atəşkəs çağırışı iqlim münaqişələrinin qarşılıqlı əlaqəsi istiqamətində COP29 sülhü, dialoqu və barışığı daha geniş şəkildə təbliğ etmək və iqlimlə bağlı fəaliyyət üçün bütün siyasi diqqəti və diplomatik səyləri səfərbər etmək məqsədi daşıyır. Yaşıl Dünya naminə Rəqəmsal Fəaliyyət Yolu rəqəmsallaşma və İKT sektorunda istixana qazları emissiyalarının azaldılması və Nazirlər Bəyannaməsi vasitəsilə yaşıl keçidin sürətləndirilməsi, İqlimə Dayanıqlı Gələcək üçün insan kapitalına, sağlamlığa və iş yerlərinə investisiya qoyuluşu isə xüsusilə uşaqlar və gənclər üçün təhsil, peşə, sağlamlıq və rifah sahəsinə investisiyaların qoyulması və bu sahələr üzrə sinerjinin gücləndirilməsi məqsədi daşıyır. İqlim Dayanıqlılığı üçün HARMONİYA: Fermerlərin, kəndlərin və kənd icmalarının gücləndirilməsidir".
ETSN rəsmisi bildirib ki, Su və İqlim üzrə Bakı Dialoqu: İqlim dəyişmələri və su sistemi üzrə fəaliyyətin gücləndirilməsi təşəbbüsü Dialoq Qlobal Adaptasiya Hədəfi əsasında su ilə bağlı iqlim dəyişmələrinə uyğunlaşma istiqamətində birgə işləmək üçün hökumətləri, BMT təşkilatlarını, akademik dairələri və özəl sektoru bir yerə gətirəcək:
"Davamlı, İqlimə Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Tərəfdaşlığı (MAP) şəhərlərdə çoxsahəli milli fəaliyyətlərin gücləndirilməsi və qlobal şəhər iqlimi maliyyəsinin, iqlim və şəhərin inkişafı və dayanıqlılığına dair qlobal uyğunluğun genişləndirilməsi üçün daha güclü tərəfdaşlıqların təbliğ edilməsidir. On üçüncü öhdəlik turizm üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üçün Qlobal Tərəfdaşlıq (GPECAT) qlobal turizm siyasətinin formalaşmasında paradiqma dəyişikliyini inkişaf etdirməklə turizm vasitəsilə artan qlobal emissiya tendensiyasını azaltmağı hədəfləyir. Üzvi Tullantıların Azaldılması (ROW) üçün Tərəfdaşlıq: Metanın azaldılması və torpağın zənginləşdirilməsi təşəbbüsündə isə tərəfdaşlığın məqsədi tullantı sektorundan metan emissiyalarını azaltmaq, eyni zamanda qida tullantıları, davamlı urbanizasiya, torpağın idarəedilməsi və zənginləşdirilməsi kimi qlobal problemləri həll etməkdir. Tərəfdaşlıq tullantı sektorunda 1,5°C hədəfinə uyğunlaşdırılmış Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr üzrə öhdəlikləri, artan maliyyə və investisiya, fəaliyyət barədə məlumat, innovativ tərəfdaşlıq və maraqlı tərəflərin cəlb edilməsinə çalışılacaq".
Şöbə müdiri vurğulayıb ki, COP29-da inkişaf etməkdə olan ölkələrin ehtiyac və prioritetlərini nəzərə alaraq, ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılması prioritet hesab edilir:
"Bu səylər mövcud resursların tam miqyasını və potensialını əhatə etməlidir. Paris Sazişinin karbon ticarəti ilə bağlı altıncı maddəsinin işə salınması, çoxtərəfli maliyyə institutlarının və iqlim fondlarının gücləndirilməsi beynəlxalq müstəvidə imkan yaradan mühitin yaradılmasına əhəmiyyətli töhfə verəcək. Həmçinin, iqlim fəaliyyəti üçün bütün maraqlı tərəflərin tam səfərbər edilməsi də prioritetdir. Hər keçən gün milyonlarla insan üçün ziyan riskini artırır. İtki və zərərə cavab verən fondun fəaliyyətə başlaması da daxil olmaqla, bu istiqamətdə fəaliyyətlərin aktivləşdirilməsi gözlənilir. Beləliklə, maliyyə, texnologiya və bacarıqların artırılması kimi icra vasitələri və dəstək mexanizmləri yaradılacaq".
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT