Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Evdar qadınların əməyi qiymətləndirilməlidir - TƏKLİF
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi evdar qadınlara pul verilməsi məsələsini qaldırıb.
Oxu.Az-ın məlumatına görə, bunu YAP-ın İcra Katibliyində komitə sədri Hicran Hüseynova səsləndirib.
Onun sözlərinə görə, son iki ildə Prezident İlham Əliyev tərəfindən sosial məsələlərə böyük vəsait ayrılıb:
“Unutmayın, biz 27 ildir ki, müstəqil dövlətik. Biz hələ də müharibə və münaqişə şəraitində yaşayan ölkəyik. Mən demirəm ki, uşaqlar prioritet məsələ deyil. Ancaq burada o qədər məsələlər ki, onlara düzgün yanaşmalıyıq.
Hər uşağa nə qədər vəsait ayrılması məsələsi də vacib məsələdir. Biz də çalışırıq ki, bu rəqəmlər artsın. Qadınları nə qədər maarifləndirsək də, onlar işləmir. Amma bir çox ölkələr var ki, evdar qadınların əməyini daha yüksək qiymətləndirmək üçün onlar üçün xüsusi vəsait ayrılır. Biz indi bu məsələni qaldırırıq”.
İlhamə Əbülfət
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Peskov: "Rusiya AZAL təyyarəsinin qəzasının obyektiv araşdırılmasında maraqlıdır"
- Deputat: "Aparılan iqtisadi islahatlar büdcə gəlirlərinin artmasına səbəb oldu"
- Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanlar tərxis oluna bilər - RƏSMİ
- BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb
- Təbriz küçələrinə İlham Əliyev və Rəcəp Tayyib Ərdoğanın FOTOLARI yapışdırıldı
Rəylər