Yasamal rayonunda 31 yaşlı kişi evdə bıçaq xəsarəti alıb.
Oxu.Az xəbər verir ki, hadisə Şəfaət Mehdiyev, 3 ünvanında baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Xəlilov Amid Abit oğlu evdə naməlum şəkildə bıçaqla yaralanıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona sol qolun və bazunun kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli, Elşad Mətləboğlu