Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Evdən oğurladığı əşyaları Qəbələdə satan şəxs ƏLƏ KEÇDİ
Oğuz rayonunun Xaçmaz kəndində yerləşən evlərin birindən oğurluq edilib. Polisə müraciət edən zərərçəkmiş dəyəri 4 min manat olan məişət əşyaları və təmir-tikinti alətlərinin oğurlandığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Vələd Əhmədli saxlanılıb. O, oğurladığı əşyaları Qəbələ rayonunda satdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Əhmədli barəsində həbs qətimkan tədbiri seçilib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Vətəndaş şikayət etdi, DİN hərəkətə keçdi - Jurnalistə qarşı İDDİA
- Bakıda şiddətli yanğın söndürüldü: Yolda hərəkətə məhdudiyyət aradan qaldırıldı
- Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
- Taksi sürücülərinin qiymətləndirilməsi sərnişinlərin təhlükəsizliyini artırır?
- Şamaxıda "Niva" ağaca çırpılıb, ölən var