Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Evi sökülən sakin: "Tikinti şirkəti otağın bir hissəsini uçurub"
Bakının Nəsimi rayonunda vətəndaşa məxsus evin bir neçə gün öncə tikinti şirkəti tərəfindən söküldüyü iddia edilir.
Oxu.Az ATV-yə istinadən məlumat verir ki, ev sahibi Aysel Mirkərimli bildirib ki, evdə heç kim olmadığı zaman tikinti şirkəti otağın bir hissəsini uçurub.
Onun sözlərinə görə, ev atasının adına olub və ölümündən öncə evi qızına vəsiyyət edib.
Məsələ ilə bağlı ərazidə tikinti işləri aparan "Pilot-16" MMC tikinti şirkətinin nümayəndəsi Elvin Qasımov bildirib ki, ev A.Mirkərimliyə deyil, onun qardaşına məxsus olduğundan ödənişlər qardaşının hesabına köçürülüb. Evdə söküntü işlərini isə qardaşı aparıb.
Ətraflı süjetdə:

"Bakıda söküntü işləri" teqi üzrə xəbərlər
- Səbaildə doqquzmərtəbəli bina qəsdən yararsız hala salınıb? - DİN iddialara cavab verdi
- Bakıda yeni söküntünün aparılacağı ərazi BİLİNDİ
- Azərbaycanda köhnə tikililərin sökülməsi ilə üzə çıxan problemlərin həlli üçün təkliflər hazırlanıb
- Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür?
- Bakıda qanunsuz quraşdırılan köşk söküldü