Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb - SƏBƏB
Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb. Rəsmi məlumatlara əsasən, ötən il ərzində 20 min 149 ədəd yaşayış evi tikilib. Bu evlərin tikintisinə 2 milyard 572 milyon manat vəsait sərf olunub.
Hesablamalar göstərir ki, 2024-cü ildə ölkədə yaşayış evinin 1 kv. metrinə orta hesabla 1 089 manat xərclənib. Müqayisə üçün bildirək ki, 2023-cü ildə yaşayış evinin 1 kv. metrinə orta hesabla 387 manat, 2022-ci ildə 357 manat sərf olunub.
Oxu.Az xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, yaşayış evlərinin maya dəyərinin artmasına bir neçə amil təsir göstərib. Onlardan biri tikinti şirkətlərinin və ya sahibkarların qarşısına qoyulan tələblərdir. Bura vergi ödənişləri və s. xərclər daxildir. İkinci səbəb isə tikinti materiallarının qiymətindəki artımdır.
Cəmiyyət sədri qeyd edib ki, evlərin maya dəyərinin artması onun bazar qiymətinə də təsirsiz ötüşmür. Belə ki, yaşayış evinin 1 kv. metrinə xərclənən vəsait sonda toplanaraq bazar qiymətinin artmasına səbəb olur. Bu isə daşınmaz əmlak bazarında qiymət artımı ilə nəticələnir.
Vüqar Oruc onu da əlavə edib ki, bundan sonrakı dövr üçün də mənzil və evlərin qiymətində artım gözlənilir. Ümumilikdə isə 2025-ci il ərzində daşınmaz əmlak bazarında 15-20 faiz artım proqnozlaşdırılır.
Ətraflı süjetdə:

"Evlərin alqı satqısı" teqi üzrə xəbərlər
- Əmlak bazarında bahalaşma: Çıxarışlı torpaqlara tələbat artır, tikinti sektoru çətinlikdə
- Xarici vətəndaşlar ev almaq üçün Azərbaycanda hansı ərazilərə üstünlük verirlər?
- Sənədsiz evləri etibarnamə ilə alanların NƏZƏRİNƏ: Risklər açıqlandı
- Tam təmirli mənzillər faizsiz kreditlə satışa çıxarılıb!
- Paytaxt və ətraf ərazilərdə evlərin hazırkı qiyməti neçəyədir?