Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Avropa Liqası: "Fənərbağça" "Anderlext"i darmadağın etdi
UEFA Avropa Liqasının pley-off mərhələsində Türkiyənin "Fənərbağça" və Belçikanın "Anderlext" klubları üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, "Fənərbağça" 3 cavabsız qolla rəqibini darmadağın edib.

Bakı vaxtı ilə saat 21:45-də start götürən qarşılaşmalar aşağıdakı nəticələrlə bitib:
"Fənərbağça" - "Anderlext" - 3:0;
"Ferentsvaroş" - "Viktoria Plzen" - 1:0;
"Midtyulland" - "Real Sosyedad" - 1:2;
"Royal Union" - "Ayaks" - 0:2.
Qeyd edək ki, cavab görüşləri fevral ayının 20-də keçiriləcək.
UEFA Avropa Liqasının pley-off mərhələsində Türkiyənin "Fənərbağça" və Belçikanın "Anderlext" klubları üz-üzə gəlirlər.
Oxu.Az xəbər verir ki, monteneqrolu hakim Nikola Dabanoviçin idarə etdiyi oyun başlayıb.
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində Türkiyənin "Fənərbağça" və Belçikanın "Anderlext" klubları üz-üzə gələcəklər.
Bakı vaxtı ilə saat 21:45-də start götürəcək oyunu Oxu.Az portalından canlı olaraq izləyə bilərsiniz.
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- Bruno Fernandeş adını UEFA Avropa Liqasının tarixinə yazdırdı
- "Lion"un futbolçusu UEFA Avropa Liqasında rekorda imza atdı
- UEFA Avropa Liqasında dörddəbir final görüşləri nə zaman keçiriləcək?
- Sebastian Şimanski "Fənərbağça"da 17 illik rekordu təkrarladı
- Joze Mourinyo bu dəfə UEFA Avropa Liqasındakı görüşdən sonra hakimlərdən şikayətləndi