UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda Türkiyənin "Beşiktaş" klubu səfərdə Şotlandiya təmsilçisi "Seltik"ə 3:2 hesabı ilə məğlub olub.
Oxu.Az xəbər verir ki, "Beşiktaş"ın heyətində Olaitan 54-cü, Orkun Kökçü isə 86-cı dəqiqədə fərqləniblər.
"Seltik"in qələbəsini Osmandın 62-ci dəqiqədə vurduğu qol və Kamilo Duranın 78-ci və 87-ci dəqiqələrdəki dublu təmin edib.
Bu nəticədən sonra "Beşiktaş" Avropa Liqasında ilk məğlubiyyətini alaraq 7 xalda qalıb. Şotlandiya klubu isə turnirdə ilk qələbəsini qazanıb və xallarının sayını 3-ə çatdırıb.