"Beşiktaş" İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Amad Diallonu transfer siyahısına salıb.
Oxu.Az Türkiyə mətbuat istinadən xəbər verir ki, İstanbul təmsilçisi qış transfer pəncərəsində sağ cinahını gücləndirməyi planlaşdırır.
Bu mövqeyə namizədlər arasında Kot-d'İvuardan olan 24 yaşlı Amad Diallo da var. "Beşiktaş"ın sağ cinahda çıxış edən Milot Raşiça ilə yollarını ayırmağı düşündüyü, Vatslav Çerninin gələcəyi ilə bağlı qərarın isə mümkün təkliflərdən asılı olacağı bildirilir.
Qeyd edək ki, Amad Diallonun "Mançester Yunayted"lə olan müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir.
