Bakı Metropoliteninin "Koroğlu" stansiyasının girişində azyaşlının sərnişinlərin hərəkət hissəsində diləndirilməsi ilə bağlı məsələyə "Bakı Metropoliteni" QSC-dən münasibət bildirilib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, azyaşlı səhər saatlarında müəyyən olunaraq polis əməkdaşları tərəfindən müvafiq tədbir görülüb.
"Həmçinin əlavə nəzarət mexanizmləri tətbiq olunub. Hazırda Bakı Metropoliteninin Polis İdarəsi tərəfindən araşdırma aparılır", - deyə açıqlamada vurğulanıb.
Metronun "Koroğlu" stansiyasının girişində azyaşlının sərnişinlərin hərəkət hissəsində dilənçilik etməsi narazılığa səbəb olub.
Oxu.Az-a daxil olan məlumata əsasən, uşağın anası yaxınlıqda dayanaraq ona kənardan nəzarət edir.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.