Haqqın.az saytına yeni baş redaktor təyin edilib.
Oxu.Az Manset.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Caliber.az saytının baş redaktoru Teymur Hüseynov gətirilib.
O, "Caliber"in kollektivi ilə vidalaşıb. T.Hüseynov yeni kollektivə təqdim edilərək fəaliyyətə başlayıb.
Qeyd edək ki, bir müddət əvvəl Eynulla Fətullayevin Haqqın.az saytını satdığı və Azərbaycandan getdiyi ilə bağlı məlumatlar yayılmışdı.